Samux rayonunda yanğın olub.

Unikal.org Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Sarıqamış kəndində ferma ərazisinə yığılan 4278 ton ot bağlamasının 2278 tonu yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqda yığılan digər ot bağlamaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.