Rusiyada son bir gündə daha 6 428 nəfərə COVID-19 diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 752 797 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 167 nəfər artaraq 11 937-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 531 692 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 531 nəfər.