Latviya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhəddində, Tovuz rayonunda vəziyyətin gərginləşməsindən və Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşılıqlı atəşdən narahat olduğunu bildirir.

Unikal.org xəbər verir ki, Latvuya XİN-i bu hadisələrin sülhə və stabilliyə ciddi təhlükə yaratdığı və hər iki tərəfin itkilərinə səbəb olduğunu bildirib.

Latviya Xarici İşlər Nazirliyi hər iki tərəfi atəşi dayandırmağa və atəşkəsə əməl etməyə çağırır. Ermənistan və Azərbaycan münaqişənin daha da gərginləşməsinə səbəb ola biləcək hər hansı bir hərəkət və bəyanatdan çəkinməlidirlər.

Dağlıq Qarabağda münaqişə ilə bağlı Latviyanın mövqeyi bəllidir: Latviya, Helsinki Yekun Aktında və ATƏT-in Paris Xartiyasında qeyd olunduğu kimi istənilən ölkənin suverenliyini və onun ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə və ATƏT-in Minsk Qrupu çərçivəsində qəbul edilmiş ümumi beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq həll edilə bilər