Məşhur repçi Kanye Vest ABŞ prezidentliyinə namizəd kimi qeydə alınıb. 

Bu barədə Unikal.org Oklahoma ştatının seçki komissiyasının saytına istinadən xəbər verir. Bildirilir ki, reper lazımi sənədləri, eləcə də qeydiyyat haqqı olan 35 min dolları artıq təqdim edib.
Bununla belə, bir sıra KİV iddia edirlər ki, Kanye Vest prezident seçkilərində iştirak etməkdən imtina edib. Sənədlərini təqdim etməyi isə, əziyyət çəkdiyi bipolyar pozuntunun güclənməsi ilə əlaqədardır.