Koreya Respublikası Prezidenti Mun Ce-in Milli Assambleyanın açılışı mərasimindən çıxarkən ona bir vətəndaş tərəfindən ayaqqabı atılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdə nitq söyləyib iqtidar partiya nümayəndələri ilə danışıqlar apardıqdan sonra dövlət başçısı iqamətgahına qayıtmaq üçün binadan çıxanda Cunq Mo adlı vətəndaş ayaqqabılarını çıxararaq ona tərəf atıb.

Həmin şəxs polis tərəfindən saxlanılıb. Şəxsin polislərə açıqlamasında, “Mən bunları Prezident Muna atdım. Özümü təhqir edilmiş və alçaldılmış hiss edirəm. Onun da hörmətsizlik və ayıb hiss etməsini istədim” - deyə ifadə işlədib. 

Lakin, vətəndaşın dövlət başçısına qarşı ədavətinin səbəbləri açıqlanmayıb.