ABŞ-ın Miçiqan ştatında polis məmuru 3 həftəlik körpəni xilas edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, tənəffüs çatışmazlığından əziyyət çəkən 3 həftəlik körpə anidən boğulmağa başlayıb. 

Bu zaman ərazidə olan polis məmuru ailənin yanına yaxınlaşaraq onları sakitləşdirib. Daha sonra polis körpəni alaraq ona ilk tibbi yardım tətbiq etməyə başlayıb. Və 3 həftəlik körpəni boğulmaqdan xilas edib. 

Hadisə anı kameralara əks olunub. Körpənin ailəsi polis məmuruna təşəkkür edərək, minnətdar olduqlarını bildiriblər.