Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org  report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

1994-cü il təvəllüdlü Əliyev İsmayıl Əliyar oğlu naməlum şəxs tərəfindən bıçaq zərbəsi alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda döş qəfəsinin kəsilmis-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.