Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 17-nə olan statistik göstəriciləri açıqlayıb.

Unikal.org xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 8490 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 327 nəfər reanimasiyada, 77 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 26 636 nəfər virusa yoluxub, 17 805 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 9023 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 610 523 test aparılıb.

Qeyd edək ki, bu gün 471 koronavirusa yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib.