Məşhur fransız ifaçısı Zizi Cinmair 96 yaşında İsveçrədə dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onun ölümü haqda məlumatı qızı Valentin Petit yayıb.

Müzikl, kabare və filmlərdə göstərdiyi şoularla məşhurlaşan Zizinin bir çox xareoqrafiyasını 2011-ci ildə vəfat edən əri Roland Petit hazırlayıb.

1949-cu ildə etdiyi "Karmen" ilə bütün diqqələri üzərinə çəkməyə bacaran sənətçi qısa saçları ilə fərqli imic yaratmışdı. Paris, London, Nyu-York kimi bir çox şəhərlərdə sənhə alan Zizi həyat yoldaşı ilə 1954-cü ildə evlənib.

29 aprel 1924-cü ildə Parisdə doğulan Cimairini hər kəs Mon Zizi ləqəbi ilə tanıyırdı.