Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

Bu barədə  Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 27 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 min 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib. Aktiv xəstə sayı 8200 nəfərdir.