Bakıda şirkətin anbarında oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki MMC-lərin birinin anbarından 5 060 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini D.Həsənov saxlanılıb.