Goranboy rayonunun Goran qəsəbəsində “DAF” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 20,5 ton ipək kəndirin 20 tonu yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, avtomobil və kəndirlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.