Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev kikboks üzrə Dünya və Avropa çempionu Fuad Zeynalovun rütbəsini artırıb.

Unikal.org-un məlumatına görə, DSX rəisi F.Zeynalova mayor rütbəsi təqdim edilib.

F.Zeynalov bu barədə Unikal.org-a açıqlama verib:

"Elçin Quliyevin təyinatı ilə verilən rütbəni mənə Sərhədçi İdman Olimpiya mərkəzinin rəisi təqdim etdi.

12 ildir Dövlət Sərhəd Xidmətinin zabitiyəm. Sərhədçi İdman Olimpiya mərkəzində çalışıram".

Qeyd edək ki, Fuad Zeynalov əməkdar idman ustası və əməkdar məşqçidir.

Aygün İlqarqızı