"Real"ın kapitanı Serxio Ramos İspaniya çempionatının sonuncu - 38-ci turunda "Leqanes"lə (2:2) oyunda növbəti dəfə fərqlənib.

Unikal.org xəbər verir ki, ispaniyalı müdafiəçi klub karyerasında vurduğu qolların sayını 100-ə çatdırıb. Ramos bu qollardan 97-sinə "Real", üçünə isə “Sevilya” forması ilə imza atıb.

İspan futbolçu milli forma ilə 21 qol vurub.