Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də şəhər sakini M.İbrahimova bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmiş R.Şıxəliyev saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) ilə axtarışda olması da müəyyən edilib.