Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov açıq Ukrayna çempionatında qızıl medal qazanıb.

Unikal.org xəbər verir ki, bu barərə  federasiyanın rəsmi "Facebook" səhifəsində məlumat verilib.

Həmçinin bildirilir ki, bir neçə həftə əvvəl idmançı sprint üzrə açıq Ukrayna çempionatında ikinci olub.

Bu dəfə turnir olimpiya məsafəsində keçirilib. Pevtsov bütün rəqiblərini qabaqlayıb və finiş xəttini birinci keçib. 

Qeyd edək ki, Rostislav Pevtsov 2019-cu ilin ən yaxşı kişi triatlonçusu seçilib. 

Xatırladaq ki, Pevtsov 1 saat 52 dəqiqə 6 saniyəlik nəticə ilə 52 triatlonçu sırasında 39-cu yeri tutub.