Bu ilin birinci yarısında mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 438, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, qeyd olunan dövr ərzində qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 86 nəfər cinayət məsuliyyətinə cəlb edilib.