Yeni təyin olunmuş Xarici İşlər naziri Ceyhun Bayramov nazirlikdə kadr islahatlarına başlayıb. 

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə Roman Məmmədov Kadrlar İdarəsinin, Elnur Məmmədov isə Ümumi katibliyin rəisi təyin olunub. 

Qeyd edək ki, E. Məmmədov təhsil nazirinin müşaviri işləyib. 

Xatırladaq ki, C. Bayramov iyulun 16-da dövlət başçısının sərəncamı ilə Təhsil naziri vəzifəsindən azad edilərək XİN rəhbəri təyin edilmişdi.