Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Azərbaycan və Ermənistan icmalarının tanınmış nümayəndələri ilə görüşüb.

Unikal.org-un Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lavrov "Kiyevskaya ploşad" şirkətinin rəhbəri Qod Nisanov və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanla görüşüb.