Mədəniyyət Nazirliyinin iki əməkdaşı işdən çıxarılıb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, nazirliyin İncəsənət şöbəsinin Musiqi sektorunun aparıcı məsləhətçisi Rəsulova Aysel Məhərrəm qızı və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssis-inspektoru Şahbazbəyova Zemfira Nazdir qızı vəzifələrindən azad edilib.

Onların yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Prezident İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının iyulun 20-də imzaladığı sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.