“Gürcüstan və Azərbaycan arasında heç bir yanlış anlaşmazlıq yoxdur, bizim strateji tərəfdaşlığımızı, qardaşlığımızı heç nə təhdid etmir”.

Unikal.org xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında deyib.

Baş Nazir qeyd edib ki, Serbiyadan Gürcüstan ərazisi ilə Ermənistana silah-sursat daşınması ilə bağlı xəbərlər qeyri-dəqiqdir.