Bir müddətdir ki, məşhur türk aktyoru Ozan Güvənin adı sevgilisini şiddətə məruz qoyması xəbərləri ilə gündəm olmuşdu. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, reaksiyalardan yaxa qurtarmaq üçün Leventdəki villasından ayrılan aktyordan bir neçə müddətdir xəbər yoxdur. Ozan Güvənin qonşuları nəinki aktyorun, hətta köməkçilərin belə uzun zamandır evə gəlmədiyini deyirlər.