Son zamanlar verdiyi açıqlamalarla daha çox müzakirə edilən məşhur Türkiyəli müğənni Sərdar Ortaç jurnalistlərə müsahibə verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni çəhrayı rəngli dəri əlcəkləri ilə diqqət çəkib. Səbəbini soruşduqda isə "Keçmiş həyat yoldaşımdan xatirə bir tək bu qaldı, mən də bunları istifadə edirəm" - deyib. 

Jurnalistlərin əvvəlki Sərdar Ortaça nə demək istərdiniz sualına isə müğənni "Allah bəlasını versin deyərdim. Keçmişdə çox pis biri idi, nə deyə bilərəm ki?" - açıqlamasını verib.