İtaliya A Seriyasında 2020/21 mövsümünün daha bir iştirakçısının adına aydınlıq gəlib.

Unikal.org xəbər verir ki, B Seriyasında çempionluğu təmin edən “Benevento”nun ardından “Krotone” də elitaya vəsiqə qazanıb. Sözügedən komanda buna 36-cı tur çərçivəsində səfərdə “Livorno”nu 5:1 hesabıyla məğlub etməklə nail olub. 

Qeyd edək ki, “Krotone” 2 il əvvəl A Seriyasını tərk etmişdi. Kalabriya təmsilçisi tarixində üçüncü dəfə elitaya yüksəlir.