Azərbaycanda koronavirusla bağlı 26 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Unikal.org  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 7296 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 683 min 548-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 314, süni tənəffüs cihazında olan xəstə sayı 70-dir.

Qeyd edək ki, bu günədək ölkəmizdə 30 min 50 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 22 min 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib. Aktiv xəstə sayı 6949 nəfərdir.