Daha bir  jurnalist koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, tanınmış jurnalist Səlim Balayev koronavirusa yoluxub və vəziyyəti ağırdır.  S. Balayevin oğlu atasının Feysbuk profilindən paylaşım edərək  jurnalistlərdən kömək istəyib: "Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin".
S. Balayev  müxtəlif media orqanlarında çalışıb.