Azərbaycanda koronavirusla bağlı 28 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 8429 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 698 min 815-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 299, süni tənəffüs cihazında olan xəstə sayı 73 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 30 min 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 23 min 873 nəfər müalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib. Aktiv xəstə sayı 6555 nəfərdir.