Türkiyəli məşhur müğənni Berkay Nişantaş boyunbağısı ilə diqqəti çəkib. 

Unikal.org-un xəbərinə əsasən, jurnalistlərin boyunbağısının qızıl olub-olmamağı ilə bağlı sualına cavab olaraq müğənni bildirib ki, onun dəyəri nə az, nə çox 300 000 Tl-dir (73 450 manat).

“Artıq geydiklərimlə, istifadə etdiklərimlə gündəmə gəlmək istəmirəm. Bəyəndim aldım. Mən 16 yaşımdan pul qazanıram, hətta qəzet də satmışam. Əgər bu gün diqqət çəkən bir şey geyinirəmsə, demək ki, buna layiqəm”, - deyə Berkay sərt reaksiya verib