Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.

Unikal.org xəbər verir ki, dövlət başçısına təsərrüfat barədə məlumat verilib.

***

15:24

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

***

15:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.

Unikal.org-un məlumatına görə, dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

***14:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu.

Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşdü.