Türkiyə kubokunda 2019/20 mövsümünə yekun vurulub.

Unikal.org xəbər verir ki. final oyunu İstanbuldakı Atatürk Olimpiya stadionunda baş tutub.

Həlledici matçda “Trabzonspor” “Alanyaspor”la üz-üzə gəlib. Tarixində ilk dəfə kubokun finalına yüksələn sonuncular titullu rəqibi ilə bacarmayıblar.

Hər hissədə 1 qol vuran Trabzon klubu 15-ci dəfə yüksəldiyi finalda 9-cu dəfə mükafata yiyələnib. Sonuncu dəfə 2010-cu ildə bu uğura imza atan komanda kubok sayında “Beşiktaş”a çatıb.