Bakı şəhərinin Səbail rayonunda "Ford" markalı minik avtomobili səkiyə çırpılıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Qəza nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobildə qalan 1 nəfər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb