Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.

Unikal.org xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

***12:44

İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış olub.

Dövlət başçısına məlumat verilib ki, bu xəstəxana 100 palatadan və 200 çarpayı yerindən ibarətdir.

Prezident İlham Əliyev xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşüb.

Dövlət başçısı modul tipli xəstəxanaların istifadəyə verilməsinin koronavirusla mübarizədə əhəmiyyətindən danışıb, görülən işlər nəticəsində ilk günlərdən ölkəmizdə xəstəliyin nəzarət altında saxlandığını vurğulayıb. 

Prezident İlham Əliyev Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirləri də qeyd edib.

Həkim Nəzakət Kərimova yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.