"Bildiyiniz kimi, Cənab Prezidentimizin Qəbələ səfəri zamanı “ASAN” xidmətin açılış mərasimində çıxış edib. O, çıxış zamanı da ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq və konkret mövqeyinin ortaya qoymuşdur. Ölkəmizin ərazi bütövlüyünü, milli maraqlarını ən yüksək səviyyədə hər zaman  olduğu kimi təmsil edərək öz mövqeyini ifadə edib. Əslinə qalsa, Ermənistanın sərsəm açıqlamalarına bir daha konkret və tutarlı faktlarla cavab vermişdir."

Bu sözləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib. O, 12 iyul tarixində edilən hücum zamanı Ermənistanın məqsədinin yenidən Azərbaycan torpaqlarını işğal etmək olduğunu bildirib:

"Belə desək, düşmənin silahlı  qüvvələri tərəfindən faşistcəsinə Tovuz rayonumuza hücuma cəhd göstərməsi və burnunun əzilməsi  onları əlbəttədə ki, ciddi şəkildə  narahat etmişdir.  Son dövrlərdə, ümumiyyətlə, Azərbaycan diplomotiyasının və hərb sənayəsinin, ordumuzun və vətəndaşlarımızın həmrəylik, birlik və bərabərlik nümayiş etdirərək Ermənistanı həm sərhəddə, həm də xarici siyasətdə, diaspora siyasətində çətin vəziyyətə salması Paşinyan hakimiyyətini ciddi şəkildə narahat etməyə başlamışdır. Həmçinin də, Cənab Prezindentimizin xüsusilə vurğulamış olduğu kimi  “İndi yenidən o sərsəm açıqlamalarını bir sərsəmliklə də əlavə edərək Azərbaycan qarşısında yeddi şərt irəli sürmüşdür."  Ölkə rəhbərimizin də qeyd etdiyi kimi, onların ifadə etmiş olduğu şərtlərdən biri Azərbaycanın Dağlıq Qarabağ Respublikası dedikləri, ölkəmizin əzəli, tarixi və əbədi torpağı olan ərazilərimizdə  cinayətkar rejimin qurmuş olduğu , dövlətcik dedikləri struktru tanımalarından ibarətdir.  Prezidentimin qeyd  etdiyi kimi, bu əsla və əsla mümkün deyil. Biz bunu bütün danışıqlar prosesində  açıq və aydın şəkildə qeyd etmişik.  Ümumiyyətlə, belə sərsəm şərtlər irəli sürmək, danışıqlar prosesində  dalana dirəməyə işarətdir ki, bu hər zaman hiyləgər Ermənistanın məkrli siyasətindən illər boyu istifadə etmişdir. Belə görünür ki, bu gündə o iyrənc və mənfur siyasətini davam etdirməkdədir.  Cənab Prezidentin də əslinə qalsa orada açıq və aydın şəkildə  qeyd etdiyi kimi, erməni xalqı hal-hazırda onlara rəhbərlik edən cinayətkar dəstənin içərisində bir növ əsir vəziyyətindədir. Həmçinin, Azərbaycan Paşinyan hakimiyyətinin verdiyi heç bir açıqlamanı qəbul etmir. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz bunu zibil vedrəsinə atırıq. Həqiqətən də belə fikirlər və düşüncələr sadəcə boş kağız parçasıdır. 

Cənab prezidentin fikirlərini davam etdirərək, açıq-aydın şəkildə qeyd etmək lazımdır ki, bir daha bütün bu prosedurlar göstərir ki, ölkə rəhbərliyimizin hər zaman bəyan etmiş olduğu hücum diplomatiyası  və ölkəmizin qətiyyətli, açıq mövqeyini ifadə etməsi  dövlətimizin həm  danışıqlar prosesində,  həm də sərhədlərimiz qorunması  və toxunulmazlığının təmin edilməsi  prosesində  hər zaman olduğu kimi gücləndirməkdədir.  Əhalimiz, insanlarımız daima həmrəylik nümayiş etdirərək torpaqlarımızın ən qısa zamanda azad olunmasına Ali Baş Komandamızın rəhbərliyi altında nail olacaq. Rəhbərimizin də qeyd etdiyi kimi, oralarda da biz bütün tarixi abidələrimizi,  mədəniyyət ocaqlarımızı həm bərpa edəcəyik, həm də eyni zamanda infrastrukturunu yenidən qurub gücləndirəcəyik. İşğalçı Ermənistan ordusunun və terrorçu qruplarının  bir an öncə Azərbaycanın  tarixi torpaqlarından tərk etməsi  Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, ölkəmizin yeganə və tək şərtidir.  Bu şərti yerinə gətirsinlər, problem də  bir an öncə həll olunsun.  Həqiqətən də bütün bunlara nəzər yetirdikdə konstruktiv mövqe tutmaqdıqda iyrənc siyasəti davam etdirərək başqa dövlətlərin əsrinə çevrilmiş Paşinyan və onun hakimiyyəti  bu gün bu münaqişəni həll etmək iqtidarında deyil. Tam əksinə  yoluna dirəmək və münaqişəni daha da çətinləşdirmək niyyətindədir. Ona görə də biz hər birimiz Azərbaycan vətəndaşları olaraq Cənab Prezidentin çıxışı zamanı bildirdiyi fikirləri əsas tutmalıyıq. Ölkə rəhbərimizin bütün açıqlamaları bizim üçün yol xəritəsidir.  Bu yol xəritəsində  fikirlərimizi, addımlarımızı və fəaliyyətimizi hər birimiz öz işimiz istiqamətində qurmalıyıq. Həmrəyliyimizi, birliyimizi və bərabərliyimizi hər zaman nümayiş etdirməliyik. Soyuqqanlı olmalıyıq. Səbrli, qətiyyətli, həmçinin də hücum diplomatiyasında və hücum taktikasından maksimum şəkildə istifadə edərək dövlətimizin maraqlarını yüksək səviyyədə müdafiə edərək  Ermənistanın burnunu əzib torpaqlarımızı işğalından azad etməliyik. Son ana qədər mübarizə aparmalıyıq. Mən əminəm ki, biz qalib gələcəyik."

Famil Fərhadoğlu