ABŞ-ın keçmiş Prezidenti Barak Obama konqresmen Con Luisin dəfnində hazırkı Prezident Donald Trampı tənqid edib.

Unikal.org xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Dəfndə çıxış edən B.Obama mərhumun vətəndaş hüquqları aktivisti olduğunu və bütün həyatını hazırda hökm sürən demokratiyaya hücumlara qarşı mübarizəyə həsr etdiyini bildirib.

Eks-prezident D.Trampın adını çəkmədən ölkənin seçki sisteminin hazırda respublikaçıların hücumlarına məruz qaldığını vurğulayıb.

“Hakimiyyətdə insanları seçkidən yayındırmağa çalışanlar var. Onlar bizim səsvermə hüququmuza hücum edirlər”, - deyə B.Obama bildirib.