Aralıq dənizində Malta sahillərində xilas edilən gəmidəki miqrantlardan 65 nəfərin koronavirusa yoluxduğu məlum olub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sahil mühafizəsi xidməti tərəfindən xilas edilən gəmidəki 94 nəfərdən yalnız 19-nun testinin nəticəsi mənfi olub. 
Doqquz nəfərin test nəticələri isə hələlik bəlli deyil. 

Həmin miqrantların Eritreya, Mərakeş və Sudandan olduğu bildirilir.