Ötən gün daxili işlər orqanları tərəfindən 25 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.