"Azərbaycanda COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərində ciddi irəliləyişlər müşahidə etdik".

Unikal.org xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Ofisində Səhiyyə məlumatları üzrə departamentin müdiri David Novillo Ortiz deyib.  

Onun sözlərinə görə, ÜST-nin mart ayında ölkəyə səfər etmiş missiyası əlli səkkiz tövsiyə hazırlayıb:

"Bunun da təxminən üçdə ikisi tam və ya qismən yerinə yetirilib".

David Novillo Ortiz qeyd edib ki, pandemiya davam etdikcə yeni çətinliklər ortaya çıxır: "Epdemioloji nəzarət, test strategiyası və məlumatların hərtərəfli analizinin təkmilləşdirilməsi ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi də daxil olmaqla, sübut əsaslı qərarlar qəbul etməyə kömək edəcəkdir".