Dörd günlük Qurban bayramı tətilini fürsət bilən bəzi şəxslər rayonlara getməyə cəhd ediblər.

Unikal.org "Xəzərxəbər"ə istinadən xəbər verir ki, icazəsi olmayanlar da bölgələrə üz tutduğu üçün Bakı, Sumqayıt və Abşeronun çıxışındakı postlarda sıxlıq yaşanıb. Amma buna baxmayaraq bütün postlarda Yol polisi, Çevik polis Alayı və Daxili Qoşunların hərbçiləri yoxlama aparırlar. Ölkə ərazisi üzrə icazəsi olmayan sürücü və sərnişinlər geri qaytarılır.