Bakının Xəzər rayonunda dava zamanı bir nəfər boğazından bıçaqlanıb.

Unikal.org xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində baş verib.

1985-ci il təvəllüdlü Qurbanov Xalid Allahşükür oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı o, boğazından bıçaq xəsarəti alıb. Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.