Gürcüstanda son sutkada koronavirusa 3 yeni yoluxma halı təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 171 nəfərə çatıb. Onların 947 nəfəri sağalıb, 17 nəfəri isə vəfat edib.

Gürcüstan üzrə 6 588 nəfər karantində, 323 nəfər isə tibbi nəzarətdə saxlanılır.