Ermənistanda daha 291 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 38 841-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 749-a çatıb. İndiyədək 29 557 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 8 307 aktiv koronavirus xəstəsi var.