Dünyaca məşhur müğənni Mayli Sayrus yeni malikanəsi ilə gündəmə gəlib. Belə ki, o, tarixi villa üçün 4, 5 milyon dollar ödəniş edib.

Unikal.org xəbər verir ki, ifaçı 1950-ci ildə inşa edilən evi müasir üslubda dekorasiya edib. 27 yaşlı sənətçinin qonşuları isə Britni Spirs, Sharon və Ozzy Osbourne kimi dünya ulduzlarıdır.

Geniş bir ərazidə tikilən malikanə 6 yataq və 6 duş otağı, kinozal, hovuz, qonaq otaqları, əyləncə mərkəzindən ibarətdir.