Türkiyənin 11 vilayətində son günlər baş verən 14 meşə yanğınından biri söndürülüb, üç nöqtədə isə müdaxilə davam edir.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.

Meşə yanğınlarının söndürülməsinə çox sayda təyyarə, helikopter, yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.