Əfqanıstanda kamikadze həbsxana yaxınlığında partlayış törədib.

Unikal.org xəbər verir ki, hadisə ölkənin şərqindəki Nəngərhar əyalətinin mərkəzi Cəlalabad şəhərində qeydə alınıb.

Kamikadzenin Cəlalabadın dördüncü rayonundakı həbsxana yaxınlığında partlayıcı maddə ilə dolu olan avtomobili partlatdığı bildirilib.

Partlayış nəticəsində ən azı 20 nəfərin öldüyü barədə məlumat yayılıb.