Türkiyədə son sutka ərzində 18 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, daha 987 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5728, virusa yoluxanlar isə 232 min 856 nəfərə çatıb.

Türkiyədə indiyədək 216 min 494 xəstə sağalaraq evə buraxılıb.