Ermənistanda son sutkada daha 52 nəfər COVID-19-a yoluxub.

Unikal.org-un “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 102 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 8 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 762 nəfər olub.