Türkiyənin məşhur müğənnisi Sezen Aksu Manal Koyundakı villasını 6,5 milyon TL-yə (1, 6 mln AZN) satışa çıxarıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçinin evindəki hovuz qanunsuz olaraq dənizə boru vasitəsi ilə  birləşdirildiyi üçün bələdiyyə tərəfindən ev möhürlənmişdi. 

Qeyd edək ki, müğənnin sahib olduğu və bir zamanlar məşhur türk şairi Mehmet Akif Ersoyun da yaşadığı Bəylərbəyindəki digər evini də kirayəyə verdiyi aşkarlanıb. Evi gözəllik salonu kimi istifadə etməsi üçün öz manikür ustasına kirayəyə verməsi məsələsi gündəmə gəldikdən sonra müğənninin həmin evinə də bələdiyyə möhür vurub.