İrlandiyalı siyasətçi Con Hyum 84 yaşında vəfat edib.

Unikal.org xəbər verir ki,  bu barədə “SkyNews” telekanalında məlumat verilib.

Qeyd edək ki, o, 1998-ci ildə “Belfast Sazişi”ni imzalayıb. Bu müqavilə ilə Şimali İrlandiyada protestantlarla katoliklər arasında münaqişənin həllinə başlanılıb. Elə həmin il C.Hyum Nobel Sülh Mükafatına layiq görülüb.