Öz müstəqilliyini elan edən Kosovo respublikasının Baş naziri Avdulah Xotinin koronavirus testinin nəticəsi pozitiv çıxıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir sadə öskürək səbəbi ilə yoxlanış etdiyini bildirib. Xatinin sözlərinə əsasən, hazırda müalicə olunduğu üçün o, vəzifəsini evdən icra edəcək. O, son günlərdə yoluxmaların artdığını vurğulayaraq, vətəndaşları daha diqqətli olmağa çağırıb.

Qeyd edək ki, alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 97 ölkə tanıyıb. Azərbaycan Respublikası Kosovonun müstəqilliyini tanımamışdır.