İtaliya koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana tibbi heyət göndərir.

Unikal.org xəbər verir ki, bu barədə İtaliyanın Sivil Müdafiə Departamentinin "Twitter" hesabında bildirilib.

"Azərbaycanda missiyaya başalamaq üçün hər şey hazırdır! İtaliya koronavirusla mübarizənin ən həssas mərhələləri ilə qarşılaşan ölkələrə kömək göstərməyə davam edir. Həmişə cəbhədə olan səhiyyə işçilərimizə təşəkkür edirik", - deyə məlumatda qeyd olunub.